Avropa Liqası: “Fənərbaxça”nın rəqibləri məlum oldu

Bu gün UEFA Avropa Liqasının püşkatma mərasimi baş tutub.

Komanda.az xəbər verir ki, tədbir UEFA-nın Monakoda yerləşən inzibati binasında təşkil olunub.

Turnirdə Türkiyəni təmsil edən “Fənərbaxça”nın rəqibləri də bəlli olub.

2-ci səbətdə yer alan İstanbul təmsilçisinin bu mərhələdəki rəqibləri İngiltərədən “Aston Villa”, Xorvatiyadan “Dinamo” (Zaqreb), Macarıstandan “Ferentsvaroş”, Çexiyadan “Viktoria” (Plzen), Fransadan “Nitsa”, Rumıniyadan FKSB, Almaniyadan “Ştuttqart” və Norveçdən “Brann” komandaları olub.

“Fənərbaxça” öz meydanında “Aston Villa”, “Ferentsvaroş”, “Nitsa” və “Ştuttqart”ı qəbul edəcək. “Dinamo”, “Viktoria”, FKSB və “Brann”la oyunlar isə səfərdə olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button