
“Qarabağ”ın rəqibinin baş məşqçisi: “Daha da güclənən komanda ilə oynamalıyıq”
“Liverpul”un baş məşqçisi Arne Slot Premyer Liqanın 3-cü turu çərçivəsində “Arsenal”la baş tutacaq qarşıdakı oyun haqda danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, “Arsenal”ın daha da gücləndiyini bildirib:
“Arsenal” keçən mövsüm yaxşı idi və yayda daha da güclənən komanda ilə oynamalıyıq. Onlar istənilən üslubda oynaya bilərlər və bu, Mikel Artetanın onları nə qədər yaxşı idarə etdiyindən xəbər verir”.
Qarşılaşma avqustun 31-də keçiriləcək.
“Liverpul” Çempionlar Liqasında “Qarabağ”ın rəqiblərindən biridir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



