
“Nyukasl” rəhbərliyi “üsyankar” futbolçunu ziyarət edib
“Nyukasl”ın rəhbərliyi Aleksander İsakın gələcəyini müzakirə etmək üçün onu ziyarət edib.
Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, İngiltərə klubunun direktorları Ceymi Ruben və Ceykob Solis bazar ertəsi baş tutan “Liverpul”la oyundan (2:3) əvvəl isveçli futbolçunun evində olublar.
Tərəflər isveçli forvardın hələ də qeyri-müəyyən olan gələcəyi ilə bağlı danışıqlar aparıblar. “Nyukasl”ın baş məşqçisi Eddi Hou “Liverpul”a məğlubiyyətdən sonra İsakla bağlı vəziyyətdə aydınlıq gözlədiyini bildirib. Klubun rəhbəri Yaser Əl-Rumayyan matçda iştirak etsə də, oyunçu ilə danışıqlarda iştirak etməyib.
Daha əvvəl “Nyukasl” İsakı 110 milyon funt-sterlinq və bonuslar qarşılığında “Liverpul”a satmayıb. O isə “Nyukasl”da oynamaqdan və komanda ilə məşq etməkdən imtina edir. Futbolçu klubun öz vədlərinə əməl etmədiyini bildirən bəyanat da yayımlayıb.
Bizi Facebook-da izləyin



