İngilis futbolçu ağır xəstəliyə tutuldu

İngiltərənin “Hall Siti” klubunun futbolçusu Anqus Makdonald ağır xəstəliyə tutulub.

Komanda.az xəbər verir ki, 26 yaşlı müdafiəçidə bağırsaq xərçəngi müəyyən olunub. Bu barədə “Hall Siti” klubunun rəsmi saytı məlumat yayıb.

“Ridinq”in yetirməsi olan Anqus, 2018-ci ilin yayından “Hall Siti”də çıxış edir. Müdafiəçinin Çempionşip təmsilçisi ilə 2020-ci ilin yayına qədər müqaviləsi var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button