
“Milan” gecikib
“Milan” hücum xəttini gücləndirmək üçün “Napoli”yə keçidi yaxın olan Rasmus Hoylundun transferinə müdaxilə etməyə cəhd edib.
Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, “Bayer”dən Viktor Bonifeysin keçidi baş tutmadıqdan sonra “qırmızı-qaralar” dərhal “Mançester Yunayted”in danimarkalı hücumçusu Hoylundun nümayəndələri ilə əlaqə saxlayıb. Klub, onu satınalma şərti ilə icarəyə götürmək istəyib.
Ancaq məlum olub ki, “Napoli” artıq Hoylundla danışıqlara başlayıb və “Milan” gecikib. “Napoli” də onu icarəyə götürmək və gələcəkdə satın almaq niyyətindədir.
Bu uğursuz cəhddən sonra “Milan” diqqətini Lissabon “Sportinq”ində çıxış edən Konrad Harderə yönəldib. Artıq dünən tərəflər arasında razılıq əldə olunub. Transferin məbləği 24 milyon, üstəlik 3 milyon avro bonusdur və gələcək satışdan 10 faiz pay nəzərdə tutulur.
Bizi Facebook-da izləyin



