
“Arsenal”da itki – 4 həftə olmayacaq
“Arsenal”ın yarımmüdafiəçisi Bukayo Saka arxa bud əzələsini zədələdiyi üçün 4 həftəyə qədər meydandan kənar qalacaq.
Komanda.az BBC-yə istinadən xəbər verir ki, Premyer Liqanın 2-ci turunun “Lids”lə qarşılaşmasında (5:0) zədələnən ingiltərəli futbolçu növbəti həftə sonu “Liverpul”la oyunda iştirak edə bilməyəcək.
Bundan əlavə, Saka İngiltərə millisinin 2026-cı il dünya çempionatının seçmə mərhələsinin Andorra və Serbiya yığmaları ilə matçlarında da meydanda olmayacaq.
Eyni oyunda çiynindən zədə alan “Arsenal”ın kapitanı Martin Edeqorun “Liverpul”la görüşdə iştirakı isə hələ sual altındadır. Norveçli yarımmüdafiəçi matçın sonunda “Emireyts” stadionunu çiyni sarıqlı halda tərk edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



