
Premyer Liqanın daha bir klubu Paketa ilə maraqlanır
Braziliyalı yarımmüdafiəçi Lukas Paketa İngiltərə Premyer Liqasının daha bir klubunun maraq dairəsinə düşüb.
Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, hazırda “Vest Hem”in şərəfini qoruyan 27 yaşlı futbolçunu “Aston Villa” heyətinə qatmaq niyyətindədir.
Daha əvvəl onunla “Tottenhem”in də maraqlandığı bildirilib.
Paketa bu mövsüm Premyer Liqada 2 oyuna çıxıb və 1 qol vurub. Onunla “Vest Hem” arasında hazırkı müqavilənin müddəti 2027-ci ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



