“Azərbaycanın ən güclü komandasına qarşı oynadıq” – Saşa İliç

“Sumqayıt”ın baş məşqçisi Saşa İliç Azərbaycan Premyer Liqasının 2-ci turu çərçivəsində qarşılaşdıqları “Qarabağ”la oyun haqda danışıb.

Komanda.az xəbər verir ki, o, 1:0 hesablı qələbəni belə şərh edib:

“Biz bu gün Azərbaycanın ən güclü komandasına qarşı oynadıq. Bu nəticəni görmək istəyirsizsə, belə bir komandaya qarşı hazırlıqlı olmalısınız və oyun quruluşu olmalıdır. Bilirik ki, “Qarabağ” bu gün əsas heyət ilə oynamadı, lakin bu komanda Çempionlar Liqasında qrupa düşsə, mən fəxr edəcəm.

Əslində oyunçularımdam təbii ki, razıyam. Lakin qarşımıza qoyulmuş məqsədə çatmaq üçün bizə oyunçu lazım olacaq. Daha üç futbolçu ilə maraqlanıram. Lakin indiki heyətdən də razıyam. Əslində Linkoviç dünya səviyyəsində futbolçudur. O, 90 dəqiqə tam çatdıra bilməsə də, topla taktiki davranmaq bacarığı var.

Xüsusilə, “Qarabağ”dan Yankoviçi qeyd etmək istəyirəm. Belə bir oyunçu əvvəldən oynasaydı, bizim üçün təhlükəli ola bilərdi.

İndi gördüyümüz “Sumqayıt” hələ maksimal səviyyədə deyil. İstədiyim səviyyə üçün çox çalışmalıyıq. Komandadan istəyim çoxdur”.

Nəzrin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button