
“Arsenal” 68 milyon avroya yarımmüdafiəçi alır
“Kristal Pelas”ın yarımmüdafiəçisi Ebereçi Eze karyerasını “Arsenal”da davam etdirəcək.
Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, 27 yaşlı futbolçunun transferi üçün tərəflər razılığa gəlib. “Topçular” İngiltərə millisinin üzvünü 68 milyon avroya heyətinə qatacaq.
Ezeni almaq istəyən klublar arasında “Tottenhem” də olub. Ancaq futbolçu özü məhz “Arsenal”a üstünlük verib. O, “topçular”ın yetirməsidir.
İngiltərəli futbolçu 2024/25 mövsümündə 43 oyunda iştirak edib, 14 qol vurub və 11 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



