“Napoli” ukraynalı hücumçu ilə maraqlanır

“Roma”nın hücumçusu Artyom Dovbik yay transfer pəncərəsinin sonuna qədər klubdan ayrıla bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ukraynalı forvardla maraqlanan klub A Seriyasının son çempionu “Napoli”dir.

Neapol təmsilçisi əsas hücumçusu Romelu Lukakunun zədələnməsi səbəbindən Dovbiki transfer etmək istəyir. Belçikalı futbolçu bud nahiyəsindən aldığı zədə səbəbindən bir neçə ay meydana çıxa bilməyəcək.

27 yaşlı Dovbikin bazar dəyəri 30 milyon avro qiymətləndirilir. O, ötən mövsümdə 45 matçda meydana çıxaraq, 17 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button