
İtaliya klubu Sanço ilə anlaşa bilmir
“Mançester Yunayted”in yarımmüdafiəçisi Ceydon Sanço ilə “Roma”nın rəhbərliyi arasında mümkün transferlə bağlı danışıqlar davam edir.
Komanda.az “Football Italia”-ya istinadən xəbər verir ki, İngiltərə klubu artıq 23 milyon avroya transferə razılaşsa da, romalılar hələ də futbolçu ilə əməkdaşlıq şərtlərini razılaşdıra bilməyib. Yarımmüdafiəçini İtaliya klubunun təklif etdiyi maaş qane etmir. Sanço özü üçün daha əlverişli şərait əldə etmək istəyir. Onun hazırda maaşı ildə təxminən 15 milyon avrodur. “Roma” belə xərcləri ödəyə bilməz.
25 yaşlı futbolçu 2024/25 mövsümündə “Çelsi”də icarə əsasında çıxış edib. O, Premyer Liqada 31 oyun keçirib, 3 qol vurub və 4 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



