“Barselona” müdafiəçisini sata bilər

“Barselona”nın müdafiəçisi Hektor Fort komandadan ayrılmaq ərəfəsindədir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu 2025/26 mövsümünün ilk turunda “Malyorka” ilə oyun üçün heyətə daxil edilməyib, çünki baş məşqçi Hans-Diter Flik onun komandada roluna inanmır.

19 yaşlı müdafiəçinin yaxın iki həftə ərzində satıla biləcəyi bildirilir.

Fort “Barselona”nın yetirməsidir. O, ötən mövsümdə əsas komanda ilə 30 oyuna çıxıb və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button