“Roma” onun üçün danışıqlarda “Yuventus”u qabaqlayır

“Roma” “Mançester Yunayted”in yarımmüdafiəçisi Ceydon Sançonu heyətinə qatmaq üçün danışıqları davam etdirir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar”ın baş məşqçisi Ruben Amorimin planlarına uyğun gəlməyən 25 yaşlı futbolçu transfer pəncərəsi bağlanmazdan əvvəl satılacaq.

Hazırda Sançonun transferində əsas favorit məhz “Roma”dır. Bununla belə, “Yuventus” da onunla maraqlanmaqdan vaz keçməyib və yaxın günlərdə yenidən “Mançester Yunayted” rəhbərliyi ilə əlaqə saxlayacaq.

İyulda Sanço ilə “Yuventus” arasında ilkin razılıq əldə edildiyi barədə xəbərlər yayılmışdı. Ancaq Turin klubu transferi reallaşdırmaq üçün əvvəlcə heyətindən bir futbolçunu satmalıdır.

“Roma” isə yarışa nisbətən gec mərhələdə qoşulsa da, indi favorit mövqedədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button