“Çelsi”nin müdafiəçisi ilə danışıqları uğurla başa çatıb

“Çelsi”nin 27 yaşlı müdafiəçisi Mark Kukurella ilə yeni əməkdaşlıq müqaviləsi üzrə danışıqları uğurla başa çatıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər yeni sözləşməni razılaşdırıblar.

Hazırkı müqavilə Kukurellanın “Çelsi” ilə olan əməkdaşlığını üç il daha qüvvədə saxlayacaq. Rəsmi açıqlama yaxın günlərdə veriləcək.

İspaniyalı futbolçu 2024/25 mövsümündə London klubunun heyətində 54 oyuna çıxaraq, 7 qol vurub və 4 məhsuldar ötürmə verib. O, “Çelsi”də 2022-ci ilin yayından çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button