
Hüseynovun komandası Konfrans Liqasının pley-off mərhələsində
Azərbaycanlı futbolçu Cəlal Hüseynovun formasını geyindiyi “Arda” UEFA Konfrans Liqasının pley-off mərhələsinə yüksəlib.
Komanda.az xəbər verir ki, Bolqarıstan təmsilçisinin 3-cü təsnifat mərhələsinin hər iki oyununda qələbə qazanıb.
Səfərdə “Kauno Jalgiris”ə (Litva) 2:0 hesabı ilə qalib gəlmiş Cəlalın komandası öz meydanında da 2 cavabsız qolla güclü olub. Start heyətində yer alan Hüseynov bu dəfə də qarşılaşmanı əvəzolunmadan başa vurub.
“Arda” pley-off mərhələsində “Rakov” (Polşa) – “Makkabi” (Hayfa, İsrail) cütünün qalibi ilə münasibətlərə aydınlıq gətirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin