Reşford: “İngilis oyunçuların indiki nəsli çox istedadlıdır”

“Barselona”nın yeni hücumçusu Markus Reşford İngiltərə millisinin 2026-cı ildə keçiriləcək dünya çempionatında yaxşı nəticə göstərə biləcəyinə inanır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:

“İngilis oyunçuların indiki nəsli çox istedadlıdır. Həqiqətən, xüsusi bir şey etməsək, bu boş-boşuna olacaq, çünki biz çox inkişaf etmişik.

Son illərdə həmişə növbəti addım – qalibiyyət haqqında olub. İngiltərə millisi uğurlara o qədər yaxın idi ki, sözün əsl mənasında qapını döydük. Ancaq nə qədər “biz çox yaxın idik” desək də, vacib olan xətti keçmək və qalib gəlməkdir. Bu, həqiqətən həyəcanlı bir vaxtdır”.

Reşford “Mançester Yunayted”dən icarəyə götürülüb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button