
“Kristal Pelas”ın yarımmüdafiəçisi “Tottenhem”ə keçə bilər
“Kristal Pelas”ın yarımmüdafiəçisi Ebereçi Eze “Tottenhem”ə keçə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli futbolçu özü də London klubuna keçmək istəyir.
27 yaşlı oyunçu bu mövsüm artıq bir rəsmi oyunda çıxış edib və uğurlu nəticə göstərib. Onun komandası İngiltərə superkubokunda “Liverpul”u məğlub edib.
“Transfermarkt” portalına görə, Ezenin bazar dəyəri 55 milyon avrodur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin