“Atalanta”dan ingilislərə 40 milyon avroluq təklif – Klub prezidenti Londona gedib

“Atalanta” “Fulhem”in hücumçusu Rodriqo Munizi transfer etmək niyyətindədir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Berqamo təmsilçisi braziliyalı futbolçu üçün 35 milyon və 5 milyon avro bonus olmaqla ümumilikdə 40 milyon avro təklif edib.

“Fulhem” bu təklifi hələlik qəbul etməyib. Onlar əvvəlcə Munizə alternativ tapmaq istəyir. Ancaq məlumatda qeyd olunur ki, “Atalanta”nın prezidenti Antonio Perkassi şəxsən Londona gedərək, danışıqlarda iştirak edir.

24 yaşlı forvard özü də A Seriyasında çıxış etməyə müsbət yanaşır və “Atalanta”ya keçmək istəyir. O, son mövsümdə Premyer Liqada 31 oyun keçirib, 8 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button