
İtaliya millisinin üzvü Almaniya klubuna keçə bilər
İtaliya millisinin və PSJ-nin qapıçısı Canluici Donnarumma karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.
Komanda.az xəbər verir ki, bu barədə “GiveMeSport” məlumat yayıb.
26 yaşlı qolkiperlə “Bayern” maraqlanır. Daha əvvəl Donnarummaya “Mançester Siti”nin də diqqət göstərdiyi bildirilmişdi.
“Transfermarkt” portalının qiymətləndirməsinə əsasən, italiyalı qapıçının bazar dəyəri 40 milyon avrodur. Onun PSJ ilə müqaviləsinin müddəti 2026-cı ilin iyununda başa çatacaq.
Donnarumma son mövsümdə Fransa Liqa 1-də 24 oyuna çıxıb və 27 top buraxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin