
Hoylund “Milan”a keçmək istəmədiyi üçün tənqid edildi
“Milan”ın sabiq baş məşqçisi Arriqo Sakki “Mançester Yunayted”in hücumçusu Rasmus Hoylund barədə fikirlərini bölüşüb.
Son məlumata görə, danimarkalı forvard İtaliyaya köçməyi planlaşdırmır.
Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, Sakki “Milan”a belə məsləhət verib:
“Qoy “Milan” bu hücumçunu unutsun və həqiqətən onların formasını geyinmək istəyənlərə yönəlsin. “Milan”ı sevmək lazımdır, o, ehtiyat variant ola bilməz”.
Sakki, həmçinin, 21 yaşlı futbolçunun seçimlərini də tənqid edib:
“Bəli, “Mançester Yunayted” əfsanəvi klubdur. Amma bir tərəfdə sənə daim əsas heyətdə yer verən komanda, digər tərəfdə isə səni satmaq üçün hər şeyi edən klub var”.
Hoylund son mövsümdə klub səviyyəsində 52 oyunda 10 qol vurub və 4 məhsuldar ötürmə verib.
Bizi Facebook-da izləyin