Azərbaycan millisi İstanbula yola düşdü

Azərbaycanın qızlardan ibarət U-16 millisi bu gün təlim-məşq toplanışı çərçivəsində Türkiyənin İstanbul şəhərinə yola düşüb.

Komanda.az xəbər verir ki, Ferhat Akcanın rəhbərlik etdiyi komanda 20-29 avqust tarixlərində İstanbulda baş tutacaq Avropa Çempionatının B divizionuna hazırlığın son mərhələsini bu təlim-məşq toplanışında taktiki, texniki və fiziki çalışmalarla yanaşı, bir sıra yoxlama oyunları ilə yekunlaşdıracaq.

Hazırlıq prosesinə 18 avqustda yekun vurulacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button