Qərar verildi: “Bulon” çempionatın başlamasına bir gün qalmış Liqa 2-yə yüksəldi

Fransanın “Bulon” klubu çempionatın başlamasına bir gün qalmış Liqa 2-yə yüksəlib.

Komanda.az xəbər verir ki, bu barədə Fransa Futbol Federasiyası qərar verib.

“Ayaçço” maliyyə problemlərinə görə cəzalandırılıb. Klub apellyasiya şikayəti verəcəyini vəd etsə də, bunu etməyib. Bununla da, “Bulon” Liqa 2-də iştirak hüququ əldə edib. Amma komandanın ilk turdakı matçı təxirə salınıb.

Bu turnirdə yeni mövsümə avqustun 9-da start veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button