Niderland klubu “Borussiya” ilə danışıqlara başlayıb

Dortmund “Borussiya”sı hücumçusu Sebastian Allerin transferi ilə bağlı Niderlandın “Utrext” klubu ilə danışıqlara başlayıb.

Komanda.az xəbər verir ki, bu barədə “Sky Sport” nəşri məlumat yayıb.

31 yaşlı forvard Almaniya klubunu tərk etmək niyyətindədir və yenidən Niderlanda dönməyə hazırdır. Hazırda klublar transfer məbləği və şəxsi müqavilə şərtləri üzərində razılığa gəlməyiblər.

Aller 2015-2017-ci illərdə “Utrext”in heyətində çıxış edib və 2025-ci ilin əvvəlindən etibarən yenidən bu klubda icarə əsasında forma geyinib. O, bu müddət ərzində 18 matçda iştirak edib, 6 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button