Sloveniyalı hücumçu İngiltərəyə gedib – “Mançester Yunayted”ə görə

“Leyptsiq”in hücumçusu Benjamin Şeşko “Mançester Yunayted”ə transfer olunmaq üzrədir.

Komanda.az xəbər verir ki, bu barədə “Manchester Evening News” nəşri məlumat yayıb.

Sloveniyalı forvard artıq Mançesterdədir və yaxın zamanda tibbi müayinədən keçəcək. Ardınca onun “qırmızı şeytanlar”la uzunmüddətli müqavilə imzalayacağı gözlənilir.

Mətbuatda yer alan xəbərlərə əsasən, bu transfer “Mançester Yunayted”ə təxminən 76 milyon avroya başa gələcək.

21 yaşlı futbolçu son mövsümdə “Leyptsiq”in heyətində 45 oyunda iştirak edib, 21 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button