
“Araz-Naxçıvan” bu gün “Omoniya” ilə ilk oyununu keçirəcək
“Araz-Naxçıvan” bu gün Konfrans Liqasının 3-cü təsnifat mərhələsində ilk oyununu keçirəcək.
Komanda.az xəbər verir ki, Elmar Baxşıyevin rəhbərlik etdiyi komanda Kipr “Omoniya”sı ilə qarşılaşacaq.
“Araz-Naxçıvan” əvvəlki raundda Yunanıstanın “Aris”, “Omoniya” isə Gürcüstanın “Torpedo” (Kutaisi) komandasını mübarizədən kənarlaşdırıb. Cütün qalibi pley-offda PAOK (Yunanıstan) – “Volfsberger” (Avstriya) duelinin məğlubu ilə görüşəcək.
Komandaların cavab qarşılaşması avqustun 14-də olacaq.
Konfrans Liqası, 3-cü təsnifat mərhələsi, ilk oyun
7 avqust
20:00 Araz-Naxçıvan – Omoniya (Kipr)
Bakı, Liv Bona Dea Arena stadionu
Baş hakim: Ondrey Berska (Çexiya)
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin