
“Mançester Yunayted” Sloveniya millisinin hücumçusu ilə anlaşıb
“Mançester Yunayted” Sloveniya millisinin və “Leyptsiq”in hücumçusu Benjamin Şeşko ilə şəxsi müqavilə şərtlərini razılaşdırıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər arasında əldə olunan razılaşma 2030-cu ilin iyununa qədər qüvvədə olacaq.
Hazırda “Mançester Yunayted” və “Leyptsiq” klubları arasında rəsmi transfer qiyməti ilə bağlı danışıqlar davam edir. İngiltərə təmsilçisi daha əvvəl 75 və 10 milyon avro bonus daxil olmaqla təklif irəli sürmüşdü. Ancaq sonradan təklifini 80 milyon avroya yüksəldib (bonuslar nəzərə alınmadan).
Şeşko son mövsümdə Bundesliqada 33 oyunda 13 qol vurub və “Leyptsiq”in əsas hücum silahlarından biri olub. O, ümumilikdə bütün turnirlərdə 21 dəfə fərqlənib və 6 məhsuldar ötürmə verib.
“Qırmızı şeytanlar”ın rəhbərliyi hücum xəttini gücləndirmək niyyətindədir və Şeşkonun bu istiqamətdə önəmli rol oynayacağı gözlənilir.
Bizi Facebook-da izləyin