Qvardiola: “Mümkün olan hər şeyə nail olmağa çalışacağıq”

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola növbəti Premyer Liqa mövsümü ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, hər şeyə nail olmaq üçün çalışacaqlarını söyləyib:

“Biz yalnız irəliləyəcəyik. Uğurla başlamağa və mümkün olan hər şeyə nail olmağa çalışacağıq. Komandamız son Premyer Liqa mövsümündə əldə etdiyimiz nəticəni yaxşılaşdırmaq əzmindədir”.

“Şəhərlilər” İngiltərə çempionatının son mövsümünü üçüncü pillədə başa vurub. Turnir cədvəlində ikinci yeri “Arsenal” tutub, çempion isə “Liverpul” olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button