
“Bayern” onunla bağlı fikrini dəyişib
“Bayern”in yarımmüdafiəçisi Leon Qoretskanın bu yay transfer olunacağı ehtimalı artıq demək olar ki, qalmayıb.
Münhen klubunun rəhbərliyi mövsümün əvvəlində almaniyalı futbolçunu münasib təklif daxil olduğu halda satmağa açıq idi. Ancaq vəziyyət dəyişib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Bayern” rəhbərliyi hazırda 30 yaşlı yarımmüdafiəçi ilə yolları ayırmağı düşünmür.
Buna səbəb portuqaliyalı futbolçu Joao Palinyanın komandadan ayrılmasıdır. Palinya yaxın günlərdə “Tottenhem”ə icarəyə verilib və nəticədə, klub daha bir mərkəz yarımmüdafiəçisini itirmək istəmir.
Qoretskanın “Bayern”lə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir. O, son mövsümdə 43 oyunda iştirak edib, 6 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Facebook-da izləyin