
Ərəblər artıq onunla maraqlanmır
Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu “Bayern”in müdafiəçisi Kim Min Jae ilə artıq maraqlanmır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, yayın əvvəlində cənubi koreyalı futbolçunun Ər-Riyad təmsilçisinə mümkün keçidi ilə bağlı xəbərlər yayılmışdı, ancaq bu planlar reallaşmayacaq.
İyundan bəri danışıqlarda heç bir irəliləyiş olmayıb. Klub rəhbərliyi artıq başqa transfer hədəflərinə yönəlib.
28 yaşlı müdafiəçinin “Bayern”lə müqaviləsinin müddəti 2028-ci ilin ortalarına qədərdir. İngiltərə Premyer Liqasının bəzi aparıcı klubları da onun xidmətində maraqlı olublar.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin