“Bu qarşılaşmaya Azərbaycanı asanlıqla məğlub edə biləcəyimiz matç kimi baxa bilmərik”

AÇ-2020-nin seçmə mərhələsində Azərbaycanla qarşılaşacaq Uels millisinin üzvü Kris Mefam oyunla bağlı fikirlərini bildirib.

Komanda.az “countypress.co.uk” saytına istinadən xəbər verir ki, 21 yaşlı müdafiəçi matç haqda bunları deyib:

“Bizim üçün qələbə qazanmalı olduğumuz vacib oyundur. Cümə günü qələbə qazana bilərik. Bunu bacaracağımıza və daha irəli gedə biləcəyimizə inanıram. Ancaq bu qarşılaşmaya Azərbaycanı asanlıqla məğlub edə biləcəyimiz matç kimi baxa bilmərik. Önəmli olan oyuna düzgün yanaşmaq, azarkeşlərimizin və futbolçuların əsəblərini sakitləşdirəcək erkən qol vurmaqdır”.

Sentyabrın 6-da keçiriləcək Uels – Azərbaycan matçı saat 22:45-də start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button