“Levski” – “Sabah” matçının hakimləri açıqlandı

Bolqarıstanda “Levski” (Sofiya) və “Sabah” komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununun təyinatları bəlli olub.

Komanda.az xəbər verir ki, matç Xorvatiyadan olan hakimlər briqadasına tapşırılıb.

FİFA referisi Duye Strukana Alen Yakşiç və Maryan Tomas yardımçı olacaqlar. Dördüncü hakim funksiyasını Ante Terziç yerinə yetirəcək. VAR-da Mario Zebets, AVAR-da Ante Tsulyak əyləşəcək.

Avqustun 7-də Sofiyada keçiriləcək “Levski” – “Sabah” oyunu saat 22:00-da start götürəcək. Cavab qarşılaşması bir həftə sonra Bakıda baş tutacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button