“Liverpul”un futbolçusu Fransa klubu ilə razılığa gəlib

“Liverpul”un yarımmüdafiəçisi Tayler Morton karyerasını Fransa Liqa 1-də davam etdirə bilər.

Komanda.az “Ekip”-ə istinadən xəbər verir ki, ingiltərəli futbolçu ilə “Lion” ciddi şəkildə maraqlanır.

Klublar artıq rəsmi transfer danışıqlarına başlayıblar. “Liverpul” rəhbərliyi Mortonu 9 milyon avroya (bonuslar nəzərə alınmadan) buraxmağa hazırdır. Ancaq bu məbləğ “Lion” üçün bir qədər yüksək qiymət hesab olunur və klub hazırda bu transferin məqsədəuyğunluğunu qiymətləndirir.

Buna baxmayaraq, bildirilir ki, “Lion” və Morton şəxsi müqavilə şərtləri ilə bağlı razılığa gəliblər.

22 yaşlı futbolçu son mövsümdə “Liverpul”un əsas komandasında 5 oyuna çıxıb, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button