
ÇL: “Qarabağ” bu gün “Şelburn”la cavab matçına çıxacaq
“Qarabağ” bu gün UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Şelburn”la cavab oyununa çıxacaq.
Komanda.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüşü italiyalı referi Andre Kolombo idarə edəcək.
Qarşılaşma saat 20:00-da başlayacaq.
UEFA Çempionlar Liqası
2-ci təsnifat mərhələsi, cavab oyunu
30 iyul
20:00. Qarabağ (Azərbaycan) – Şelburn (İrlandiya)
İlk oyun – 3:0
Baş hakim: Andre Kolombo (İtaliya)
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



