
Asensio “Real”ın əsas komandası üçün qeydiyyata alınıb
“Real”ın müdafiəçisi Raul Asensio artıq klubun əsas komandasında qeydiyyata alınıb.
Komanda.az xəbər verir ki, bu barədə La Liqa öz rəsmi saytında məlumat yayıb.
22 yaşlı futbolçu yeni mövsümdə əsas heyət oyunçusu statusunu daşıyacaq.
Asensio son mövsümdə “Real”ın B komandası olan “Kastilya”nın üzvü idi. Ancaq eyni zamanda, La Liqada əsas komandada da çıxış edərək, 23 matçda meydana çıxmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin