
“Çelsi”nin hücumçusu “Əl-Nəsr”ə keçir
“Çelsi”nin hücumçusu Joao Feliks karyerasını Səudiyyə Ərəbistanında davam etdirməyə hazırlaşır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı futbolçu yaxın günlərdə “Əl-Nəsr”lə müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalayacaq.
Səudiyyə Ərəbistanı klubu artıq “Çelsi” ilə 50 milyon avro dəyərində razılıq əldə edib. Müqavilənin son detalları üzərində iş gedir və gözlənilməz problem yaranmasa, keçid bu həftə ərzində rəsmi elan olunacaq.
Feliksin keçidində əvvəllər “Benfika” da maraqlı idi, ancaq “Əl-Nəsr”in güclü maliyyə imkanları fonunda Lissabon təmsilçisi yarışdan çəkilib.
25 yaşlı hücumçu “Çelsi”də keçirdiyi müddət ərzində sabit oyun göstərə bilməyib, ancaq onun texnikası və yaradıcılığı “Əl-Nəsr”in hücum xəttində yeni nəfəs ola bilər. Klubun heyətində hazırda Kriştiano Ronaldo da çıxış edir və Feliksin onunla birlikdə oynayacağı ehtimalı azarkeşlər arasında böyük maraq doğurur.
Bizi Facebook-da izləyin