Mahir Emreli “Roma”ya qarşı oynadı

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin komandası “Kayzserslautern” bu gün yeni mövsümün əsas hazırlıq oyununa çıxıb.

Komanda.az xəbər verir ki, “Betze”də (yerli azarkeşlər stadionlarını belə adlandırırlar) keçirilən qarşılaşmada Almaniya 2-ci bundesliqa təmsilçisi İtaliyanın “Roma” komandasını qəbul edib.

Emreli əsas heyətdə yer alıb. Fasilədən sonra, 46-cı dəqiqədə “Kayzerslautern”in baş məşqçisi 7 oyunçunu əvəzləyib ki, onlardan da biri Emreli olub.

Qarşılaşma “Roma”nın 1:0 hesablı qələbəsiylə yekunlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button