
Xavi top-klublardan təklif gözləyir
“Barselona”nın sabiq baş məşqçisi Xavi Ernandes işsizdir.
Komanda.az “Diario Sport”-a istinadən xəbər verir ki, ispaniyalı mütəxəssisə müxtəlif təkliflər olsa da, heç biri onu razı salmayıb.
Xavi 2023/24 mövsümü başa çatdıqdan sonra “Barselona”nın baş məşqçisi vəzifəsindən uzaqlaşıb.
Sabiq yarımmüdafiəçi özünü yenidən Avropanın top-klubunda sınamaq istəyir. O, iki il yarım “Barselona”ya rəhbərlik edib və 2022/23 mövsümünün sonunda komandanı La Liqa çempionluğuna daşıyıb.
Xavi “Barselona”dan əvvəl Qətərin “Əl Sədd” klubunda çalışıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin