“Çelsi”nin hücumçusu üçün nə qədər pul tələb edəcəyi məlum olub

“Çelsi” hücumçusu Nikolas Ceksonu 80-100 milyon funt-sterlinq dəyərində qiymətləndirir.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, “Mançester Yunayted”, eyni zamanda, Avropanın digər klubları və Səudiyyə Ərəbistanı təmsilçiləri seneqallı futbolçu ilə maraqlanır. “Çelsi” Ceksonu 79 milyon funt-sterlinqə “Ayntraxt”dan “Liverpul”a qoşulmağa yaxın olan Huqo Ekitikedən daha yaxşı hücumçu hesab edir.

Cekson getsə, İngiltərə klubu ya hücumameyilli yarımmüdafiəçi və ya vinger almağa çalışacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button