
“Yuventus” Vlahoviçə əvəzləyici tapıb
“Mançester Yunayted”in hücumçusu Rasmus Hoylund “Yuventus”un transfer hədəfində qalmaqda davam edir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya klubu Duşan Vlahoviçlə yollarını ayırmağa və onun yerinə yeni hücumçu almağa ümid edir. Hoylund hazırda bir nömrəli namizəd hesab olunur. “Qırmızı şeytanlar” komandada ümidləri doğrultmayan danimarkalı futbolçu üçün təklifləri nəzərdən keçirməyə hazırdır.
22 yaşlı forvard iki il əvvəl “Atalanta”dan 80 milyon avro qarşılığında “Mançester Yunayted”ə keçib. Futbolçu ilə eyni zamanda, “Napoli” və “İnter” də maraqlanır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin