
“Real” bu qədər pul xərcləməmişdi – Son 6 ildə
“Real” bu yay yeni transferlərə böyük vəsait ayırıb.
“Kral klubu”nun heyətinə Din Heysen (“Bornmut”), Alvaro Karreras (“Benfika”) və Trent Aleksander-Arnold (“Liverpul”) qatılıb. Avqustda isə “River Pleyt”dən Franko Mastantuono qoşulacaq.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ümumilikdə “Real” transferlərə təxminən 178 milyon avro xərcləyib ki, bu da 2019-cu ilin yayından bəri klubun ən böyük transfer büdcəsi sayılır.
Madridlilər son mövsümdə La Liqada çempionluğu “Barselona”ya uduzub. Komanda həmçinin, İspaniya kuboku və superkubokunun finallarında da kataloniyalılara məğlub olub.
“Kral klubu” UEFA Çempionlar Liqasında 1/4 finalda “Arsenal”a uduzaraq mübarizəni dayandırıb. Komanda Klublararası dünya çempionatında isə yarımfinalda PSJ-yə məğlub olub.
Bizi Facebook-da izləyin