“Sabah”ın futbolçusu bu göstəricidə 5-ci oldu

Azərbaycanı Avropa Liqasında təmsil edən “Sabah”ın 1-ci təsnifat mərhələsində “Çelye” ilə Sloveniyadakı cavab görüşü het-triklə əlamətdar olub.

Komanda.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı klubunun futbolçusu Coy Lens Mikels meydan sahiblərinin qapısına 3 qol vurub.

31 yaşlı almaniyalı hücumçu Azərbaycan klublarının heyətində avrokuboklarda het-trik edən 5-ci futbolçu olub. Mikelsə qədər buna 4 futbolçu nail olub. Badri Kvaratsxeliya və Olavio Juninyo Çempionlar Liqasında, Ernest Nforla Teo Uiks Avropa Liqasında fərqləniblər. Mikels bu turnirdə 3-cü het-trikin müəllifi olub. O, buna səfərdə nail olan ikinci oyunçudur.

UEFA Çempionlar Liqası

2000/2001 mövsümü

Badri Kvaratsxeliya – 19.07.2000. “Şəmkir” – “Skonto” (Latviya) – 4:1 (əlavə vaxtda)

2024/2025 mövsümü

Olavio Juninyo – 30.07.2024. “Qarabağ” – “Linkoln” (Cəbəllütariq) – 5:0

UEFA Avropa Liqası

2014/2015 mövsümü

Ernest Nfor – 07.08.2014. “Çixura” (Gürcüstan) – “Neftçi” – 2:3

2015/2016 mövsümü

Teo Uiks – 30.06.2015. “Qəbələ” – “Samtredia” (Gürcüstan) – 5:1

2025/2026 mövsümü

Coy Lens Mikels – 17.07.2025. “Çelye” (Sloveniya) – “Sabah” – 3:3 (əlavə vaxtda)

Evdə 2:3 hesabı ilə məğlub olan “Sabah” səfərdəki görüşün 90 dəqiqəsində eyni nəticə ilə qalib gəlsə də, əlavə vaxtda buraxdığı topla Avropa Liqası ilə vidalaşıb və Konfrans Liqasında mübarizə aparacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button