Messinin klubu De Paulun keçidini bitirmək üzrədir

“Atletiko”nun yarımmüdafiəçisi Rodriqo De Paulun karyerasını MLS-də davam etdirməyə çox az qalıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 31 yaşlı futbolçu “İnter Mayami”yə keçməyə yaxındır.

Lionel Messinin çıxış etdiyi ABŞ təmsilçisi argentinalı oyunçunu icarəyə götürmək üzrədir. Müqavilədə onun birdəfəlik transferi üçün 15 milyon avro və əlavə bonusların nəzərdə tutulduğu bildirilir.

“Atletiko” isə keçidi asanlaşdırmaq üçün De Paulla müqavilənin müddətini bir il uzadacaq. Bu dəyişikliklə onun Madrid təmsilçisi ilə müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatacaq.

De Paul 2021-ci ildən “Atletiko”nun heyətində çıxış edir. O, ötən La Liqa mövsümündə 34 oyunda 3 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button