
EYOF-da Azərbaycanı təmsil edəcək stolüstü tennisçilər bəlli oldu
Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) Azərbaycanı 2 stolüstü tennisçi təmsil edəcək.
Bu barədə Komanda.az-a Milli Olimpiya Komitəsindən məlumat verilib.
Festivalda Şəbnəm Mənsurova və Uğur Nəzərli mübarizə aparacaqlar.
Yarış iyulun 22–26-sı aralığında Makedoniyanın paytaxtı Skopyedə keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



