
“Liverpul”da öz izimi buraxmaq istərdim”
Gürcüstanlı qapıçı Giorgi Mamardaşvili “Liverpul”a keçidini şərh edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu söyləyib:
“Kiçik vaxtı qapıçılarla bağlı videolara tez-tez baxırdım. Yerji Dudek və Pepe Reynanın oynadığı kliplərə rast gəldim. Bu komandanın möhkəm qapıçı irsi var, mən bu klubda öz izimi buraxmaq istərdim”.
Mamardaşvili 2024-cü ilin yayında “Valensiya”dan “Liverpul”a keçib. Amma o, razılığa əsasən, İspaniya klubunda oynamağa davam edib. 24 yaşlı qolkiper İspaniya çempionatının son mövsümündə 34 oyun keçirib və 48 top buraxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



