Vardi 2 klubun maraq dairəsindədir

Ceymi Vardi “Lester”dən ayrıldıqdan sonra azad agent statusu ilə transfer bazarında diqqət mərkəzinə düşüb.

Komanda.az “Fichajes”-ə istinadən xəbər verir ki, İspaniyanın “Valensiya” və İngiltərənin “Sanderlend” klubları 38 yaşlı forvardı heyətinə qatmaq istəyir.

Adı çəkilən klubların əsas maraq səbəbi Vardinin sərbəst transfer statusuna malik olmasıdır. Yəni, onun keçidi üçün təzminat tələb olunmur.

İngiltərəli futbolçu 2012-ci ildən bəri “Lester”in formasını geyinirdi və klubla bir sıra uğurlar yaşayıb. 2024/25 mövsümünün sonunda komandadan ayrılan forvard son mövsümdə Premyer Liqada 35 oyunda iştirak edib, 9 qol vurub və 4 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button