
Modriç “Milan”da
“Real”dan ayrılan yarımmüdafiəçi Luka Modriç karyerasını İtaliyada davam etdirəcək.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 39 yaşlı futbolçu “Milan”la bir illik müqavilə imzalayıb.
Modriç “Real”ı azad agent statusunda tərk edib. O, “kral klubu”nun heyətində 2012-ci ildən çıxış edirdi. Onun “Real”dakı son oyunu dünən Klublararası dünya çempionatının yarımfinal mərhələsində PSJ-yə qarşı olub. Həmin matçda Madrid klubu 0:4 hesabı ilə məğlub olaraq turniri tərk edib.
Xorvatiyalı yarımmüdafiəçi “Real”ın heyətində 4 dəfə La Liqa çempionu və 6 dəfə UEFA Çempionlar Liqasının qalibi olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin