Elşad Əhmədov: “Hesab oyuna görə oldu”
“Sabah”ın baş məşqçisi Elşad Əhmədovun Premyer Liqanın 3-cü turu çərçivəsində “Zirə” ilə qarşılaşdıqları oyundan sonra mətbuat konfransı keçirilib.
Komanda.az xəbər verir ki, Əhmədov 1:1 hesabıyla bitən matçı belə şərh edib:
- Maraqlı oyun keçdi. İlk hissədə biz yaxşı oynadıq, ikinci yarıda rəqib. İmkanlarımızdan istifadə edə bilsəydik, başqa cür olardı. İkinci hissədə demək olar ki, rəqib oynadı. Hesab oyuna görə oldu.
- Bu nəticənin ikinci hissədə müdafiədə oynadığınız üçün olduğunu düşünmürsüz? Ozan Can Kökçünün əvəzinə Abbas Ağazadəni meydana buraxmaq nə dərəcə düzgün idi?
- İstədiyim müdafiədən oynamaq deyildi. Penaltidən sonra da uşaqlarda həyəcan yarandı. Ozanı deyil, Rəşadı çıxaracaqdım. Ancaq Ozanın zədələnməsi planlarımızı pozdu. Məcburiyyətdən dəyişdik.
- İlk hissədəki oyunu ikinci hissədə də oynaya bilməməyinizi nəyə bağlayırsız?
- “Zirə”nin də haqqını vermək lazımdı. Sürətli futbol oynadılar. İstədiyim oyun müdafiə futbolu deyildi.
- 3 tura 2 xal hədəfləriniz və məqsədlərinizə uyğundurmu?
- Xeyr.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin