“Mançester Yunayted” braziliyalı futbolçu üçün təklif göndərib

“Atalanta”nın yarımmüdafiəçisi Ederson karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Komanda.az “Goal”-a istinadən xəbər verir ki, “Mançester Yunayted” braziliyalı futbolçunun transferində maraqlıdır. “Qırmızı şeytanlar” yarımmüdafiəçi üçün İtaliya klubuna təklif göndərib.

Edersonla “Yuventus” və “İnter” də maraqlanır.

26 yaşlı futbolçu son mövsümdə 48 oyun keçirib, 5 qol vurub və 2 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button