İnzaqinin “qara siyahı”sındakı 4 futbolçu

Səudiyyə Ərəbəsitanının “Əl-Hilal” klubunun yeni baş məşqçisi Simone İnzaqi komandadan ayrılmasını planlaşdırdığı dörd legioneri müəyyənləşdirib.

Komanda.az “Aawsat”-a istinadən xəbər verir ki, italiyalı mütəxəssisin komandadan göndərilməsini planlaşdırdığı siyahıda Malkom, Renan Lodi, Kayo Sezar və Aleksandar Mitroviçin adları yer alır.

İnzaqi bu qərarını Klublararası dünya çempionatındakı oyunlara əsasən verib. “Əl-Hilal” bu turnirdə yalnız 1/4 finala qədər irəliləyə bilib və Braziliyanın “Fluminense” klubuna məğlub olub.

İnzaqi “Əl-Hilal”a bu yay “İnter”dən ayrıldıqdan sonra baş məşqçi təyin olunub. O, Milan komandasını son mövsümdə UEFA Çempionlar Liqasının finalına çıxarmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button