Premyer Liqa klubunda 6 illik müqavilə
İngiltərənin “Vest Hem” klubu yarımmüdafiəçisi Manuel Lansini ilə müqavilənin müddətini uzadıb.
Komanda.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun rəsmi saytı məlumat yayıb.
Argentinalı futbolçu ilə 4+2 illik müqavilə imzalanıb. Yeni müqavilənin müddəti 2023-cü ilin yayına qədərdi. Amma klub istəsə, bu müddəti daha 2 il artıra biləcək.
Argentina yığmasına da dəvət alan Lansini, “River Pleyt”in yetirməsidi. O, bir müddət “Fluminense” və “Əl-Cəzirə” klublarında da forma geyinib. 26 yaşlı hücumameylli yarımmüdafiəçi “Vest Hem”də 2015-ci ildən forma geyinir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin